Müğənni Rövşən Behcətlə vida mərasimi keçirilib - FOTO

Müğənni Rövşən Behcətlə vida mərasimi keçirilib - FOTO

Azərbaycan musiqi sənətinə ağır itki baş verib. Özünəməxsus səs tembri ilə böyük tamaşaçı məhəbbəti qazanan, dünya şöhrətli "Göygöl" ansamblının yaradıcılarından olan Rövşən Behcət dünyasını dəyişib. 70-80-ci illərin ən populyar müğənnilərindən biri olan Rövşən Behcət bu gün son mənzilə yola salınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, Gəncədə mərhumla vida mərasiminə İcra Hakimiyyətinin rəsmiləri, sənət dostları qatılıb.

Müğənni Təbrizdə dünyaya göz açıb. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncəyə gəlib və burada yaşayıb.

Sənətkar iflic və xərçəng xəstəliyindən əziyyət çəkib.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə