MDB Dövlət Başçıları Şurasının iclası sentyabrda Düşənbədə keçiriləcək
Belarusya, Özbəkistan və Ukraynanın prezidentləri MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçiriləcək iclasında iştirak etməklərini hələ təsdiq etməyiblər. SİA-nın xəbərinə görə, bunu Tacikistanın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Davlatali Nazriyev deyib. O, qeyd edib ki, qalan prezidentlər artıq iclasda iştirak edəcəklərini rəsmən təsdiq ediblər: " Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkmənistan dövlət başçılarının Düşənbəyə gəlməsi üçün iclasda iştirak edəcək dövlətlərin müvafiq strukturları ilə müvafiq işlər artıq razılaşdırılıb. Biz ümidvarıq ki, Belarusya, Özbəkistan və Ukraynada iclasda iştirakını qısa müddət ərzində təsdiqləyəcəklər".
O, qeyd edib ki, MDB Dövlət Başçıları Şurasının iclası sentyabrda Düşənbədə keçiriləcək: "Sentyabrın əvvəlində Birliyin Dövlət Başçıları Şurasının Düşənbədə keçiriləcək iclasına hazırlıq görürük. Hesab edirəm ki, sammit çox yüksək səviyyədə keçəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB