Sabah yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq, arabir tutulacaq, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bəzi ərazilərdə şimşək çaxacağı ehtimalı da var: "Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 29-34 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq. Rayonlarda əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti təşkil edəcək".
Qurumdan bildirildi ki, yaxın 2 gün ərzində Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə