İngiltərədə ərindən boşanmağının şərəfinə, demək olar ki, bədəninin hər yerini döymə etdirən qadın onu görənləri heyrətləndirir. SİA-nın məlumatına görə, 41 yaşlı 2 uşaq anası Cakqi Mur həyat yoldaşından ayrılandan sonra bədəninin bütün hissələrini döymə etdirib.
Bədənində 8 il qalacaq bu döymələr C.Murun vücudunun 85 faizini təşkil edir. Qalan 15 faiz bədən hissəsini də döymə etdirməyi düşünən Mur bunun bir asılılıq olduğunu bildirib.Qeyd edək ki, qadının yalnız ayağının bir hissəsində və üzündə döymə edilməyib. Ərindən ayrılandan sonra sərbəstliyə qovuşduğunu və həyatında yeni bir səhifə açdığını söyləyən qadın bu səhifələri döymələri ilə doldurduğunu dilə gətirib.
Ümumilikdə 22 min dollara başa gələn döymələr arasında Hindistan və Tibet çıçəkləri də var.
Xatırladaq ki, bu sahə üzrə dünya rekordu bədəninin 95 faizini döymə etdirən kaliforniyalı Culiya Qnusa məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB