İstilər avqustun 3-ə kimi aman verməyəcək

İstilər avqustun 3-ə kimi aman verməyəcək
Kəskin istilər avqust ayının 3-dək davam edəcək. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcə, yarımadanın bəzi yerlərində 42 dərəcəyədək yüksələcək: "Aran rayonlarında və Naxçıvan MR-da 38-42 dərəcə, bəzi yerlərdə 44 dərəcə, dağlıq rayonlarda 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında iyulun 30-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 36-40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq. Rayonlarda ayın 30-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 38-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək".


Bütün xəbərlər Facebook səhifəmizdə