Əfqanıstanda qəzaya uğramış təyyarənin azərbaycanlı heyət üzvlərinin cəsədləri Bakıya gətirilib
Əfqanıstanda qəzaya uğramış, "Silk Way" aviaşirkətinə məxsus "İL-76" təyyarəsində həlak olanların cəsədləri Bakıya gətirilib. Bunu SİA-ya təyyarə qəzasının səbəblərini araşdıran komissiyanın üzvü, "Silk Way" aviaşirkətinin sədrinin müşaviri, Adil Qasımov deyib.
O, qeyd edib ki, hazırda meyitlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib: "Ekspertizanın nəticəsində cəsədlərin kimliyi müəyyənləşdiriləcək. Şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayan ekipaj üzvləri isə itkin düşmüş sayılacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB