\"Science\" jurnalının araşdırmasına görə, Azərbaycan doğulmamış qızları ən çox abort etdirilən ölkələrdən biridir. Sözügedən jurnalın araşdırmasından sonra belə məlum olub ki, Azərbaycanla yanaşı bu məsələ Çin, Hindistan, Cənubi Koreya və Albaniya üçün də aktualdır. Məlumatda qeyd olunur ki, təbii halda hər 100 qıza qarşılıq 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni şəkildə oğlanların xeyrinə dəyişdirilir. Məsələn Çində hər 100 qıza 120-150 oğlan, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə 115 oğlan dünyaya gəlir.
Oğlan və qızlar arasında ayrı seçkilik şərq xalqlarının mentalitetinə xasdır. Hətta İslam dininin yaranmasına qədər ərəblər qız uşaqlarını diri-diri torpağa basdırırdılar. İslam dininin yaranması ilə bu məsələyə baxış dəyişdi. Müsəlman dünyasında qıza, qadına önəm verildi, hörmətlə yanaşılmağa başlandı.
Ancaq dünyada sivilizasiya, müasirləşmə, inkişaf baş verməsinə baxmayaraq, hələ də VI - VII əsrlərdə bədəvi ərəblərin yeni doğulan qız uşaqlarını torpağa gömülməsi halı davam edir. Ancaq daha sivil formada. Bu gün də Azərbaycanda hələ dünyaya gəlməmiş qız uşaqlarına \"ölüm fərmanı\" verilir.
Son 20 ildə qız uşaqlarına qarşı \"soyqırımı\" əməliyyatı nəticəsində oğlanlarla qızlar arasındakı balans tamamilə pozulub. Statistik məlumatlar göstərir ki, Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qıza nisbətdə kəskin artıb. Demoqrafik tarazlıq pozulması nəticəsində 2011-ci ilin 3 ayı ərzində 39 min uşaq doğulub. Onlardan 53,8 faizi oğlan, 46.2 faizi qızdır.
Bu rəqəmlər genefondumuza ciddi zərər dəyməsində xəbər verir və artıq ciddi narahatlıqlara səbəb olmaqdadır. Mütəxəssislər gender balansının bu şəkildə pozulmasını demoqrafik problemlərə yol açacağını bildirirlər. Xeyli vaxtdır ki, \"Əhalinin sağlamlığı haqqında\" qanun layihəsinə dəyişiklik etmək, dölün cinsi barədə məlumatların yayılmasına qadağa qoymaq məsələsi gündəmdədir və məsələnin Milli Məclisdə müzakirəsi təklif olunur.
Qeyd edək ki, \"Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında\" qanun layihəsi hamiləliyin ilk 3 ayında həkimlərə belə qadağanı nəzərdə tutur. Hesab olunur ki, bununla gələcəkdə baş verə biləcək gender bərabərsizliyinin qarşısı alına bilər. Ancaq bir çox ekspertlər belə qadağaların elə də ciddi fayda gətirməyəcəyini proqnozlaşdırır. Onların qənaətinə görə, artıq bu sahədə püxtələşən həkimlər \"UZİ\" müayinəsini də, abortu da ev şəraitində həyata keçirməyə başlayacaqlar.
Bəzi mütəxəssislər isə hesab edir ki, problemin qarşısını almaq üçün əhali arasında maarifləndirməyə ehtiyac var. Əgər bu problemin qarşısı alınmazsa 20 - 30 ildən sonra bir qıza təxminən 4 - 5 oğlan düşəcək. Bu isə ciddi disbalans yaradacaq.
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



