Milli KİV-lərin aktual problemləri nədir?

"Rəy" Monitorinq Mərkəzi milli KİV-lərin aktual problemlərinə həsr olunan ekspert sorğusu keçirib. Mərkəzin sədri Rizvan Abbasov SİA-ya açqılamasında bildirib ki, sorğuda qəzetlərdə və informasiya agentliklərində çalışan yüzə yaxın jurnalist iştirak edib. Onun sözlərinə görə, sorğunun məqsədi milli mətbuatın mövcud vəziyyətinə aydınlıq gətirmək deyil, sadəcə sorğuya cəlb olunanların bu vəziyyətə münasibətini öyrənmək olub.

"Sorğunun nəticələrini də məhz bu konteksdə qəbul etmək gərəkdir. "Azərbaycanda söz azadlığı varmı?" sualına cavab verərkən jurnalistlərimiz kifayət qədər nikbin əhval-ruhiyyə nümayış etdiriblər: onların 78%-i "bəli, var" və "yəqin ki, var" deyə cavab veriblər. "Bizdə sözün həqiqi mənasında müstəqil qəzet və informasiya agentlikləri varmı?"-anketin növbəti sualı məhz belə səsləndirilib. Məlum olub ki, jurnalistlər bu məsələdə də nikbindirlər. Çünki rəyi soruşulanların arasında bu suala "xeyr, yoxdur" və "yəqin ki, yoxdur" cavabı verənlər 10%-dən artıq deyil. Onların böyük əksəriyyəti isə bu suala əminliklə "bəli, var", təxminən 20% -i isə - "yəqin ki, var" cavablarını seçiblər. Başqa sözlə desək, öz fikrini sərbəst şəkildə demək və yaymaq niyyətində olanlar məsələyə daha optimist mövqedən yanaşırlar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə