Çimərlik ərazisində qida almayın!

Çimərlik ərazisində qida almayın!
Çimərlik ərazisində ticarətə qadağa qoyulacaq. Məlumatı SİA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov verib: "Çimərlik ərazisində satılan su və ərzaq məhsullarının keyfiyyəti yoxlanmadığı üçün onlardan istifadə insan səhhəti üçün təhlükəlidir. Bununla belə həmin qida məhsullarının çimərlik ərazisində lazımı qaydada saxlanmaması, gigiyenik qaydalara əməl olunması da problemə yol aça bilər. Ona görə də əhalini bir daha xəbərdar edirik ki, çimərlik ərazisində satılan ərzaqları almasınlar". Z. Kazımov çimərlik ərazisində monitorinqlərin davam etdiyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə