Uşaq Hüquqları üzrə QHT Alyansı Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı konfrans keçirib

Uşaq Hüquqları üzrə QHT Alyansı Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı konfrans keçirib

Bu gün Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı konfrans keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Uşaq Hüquqlari üzrə QHT Alyansının milli əlaqəndiricisi Nabil Seyidov, Müşfiq Təşkilatının sədri, Uşaq Hüquqları üzrə QHT Alyansının üzvü Validə Abbasova, Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev və media nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev tədbir haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı 2006-2010- cu illəri əhatə edən Alternativ hesabat hazırlayıb və BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edib. "Hesabat Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansına daxil olan 80-dan çox QHT-nin yaxından iştirakı ilə hazırlanıb. Uşaqlarla bir çox problemlər var və xoşbəxtlik bundadır ki, bizim dediyimiz problemlər dövlət tərəfindən də təsdiqlənir", - deyə Nazir Quliyev bildirib.

Tədbirdə söz alan Uşaq Hüquqlari üzrə QHT Alyansının milli əlaqəndiricisi Nabil Seyidov öz fikirlərini diqqətə çatdırıb. Onun dediyinə görə, internata düşən uşaqların qarşısı alınmalıdır. "Xeyli düşərgələr salınıb. Ancaq elə düşərgələr var ki, cəbhə xəttinin yanında yerləşir. Minalara düşən uşaqlarımız da var. Bu da neçə uşağın ölümünə və əlil qalmasına şərait yaradır. Uşaqların vacib problemlərindən biri də zorakılıqlara məruz qalmasıdır. Bu problemlərin qarşısı alınmalıdır"-deyə Quliyev əlavə edib.


Qeyd edək ki, tədbirdə jurnalistlərin suallarına cavab verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə