İyun ayında millət vəkili Fuad Muradov Milli Məclisin qəbul otağında 15 nəfər seçicisini qəbul edərək, onları narahat edən məsələlər və problemləri dinləyib. Qeyd edək ki, bu görüşədək millət vəkili 15 dekabr 2010-cu il, 18 yanvar 2011-ci il, 03 mart 2011-ci il və22 aprel 2011-ci il tarixlərində də öz seçicilərini qəbul etmişdi.
SİA-nın məlumatına görə, bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə müraciət etmişdilər. Bunlar arasında İcra Hakimiyyətindən sərəncamın alınması, şəxsi ailə məsələləri, mağazanın özəlləşdirilməsi, məişət və kommunal, hüquqi məsələ, mənzil qeydiyyatı və işlə bağlı məsələlər yer alırdı.
Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verdi. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görüldü.
Qeyd edək ki, Səbail rayonu 29-cu seçki dairəsindən deputat seçilmiş Fuad Muradov hər ay seçiciləri qəbul edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB