Tələbələr “Dünyamız QİÇS-ə qalib gələcək!” şüarı ilə tamaşalar göstərəcək

Tələbələr “Dünyamız QİÇS-ə qalib gələcək!” şüarı ilə tamaşalar göstərəcək

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) "Dünyamız QİÇS-ə qalib gələcək!" adlı layihənin icrasına başlayıb. ATGTİ-dən SİA-ya verilən xəbərə görə, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi bu xəstəliklərin insan həyatına vurduğu ağır zərər və nəticələri teatr tamaşaları vasitəsilə gənclərə çatdırmaqdır.

Layihədə iştirak edən və xüsusi yaradıcılıq və aktyorluq qabiliyyəti olan tələbələr ərizələrini iyunun 25-dək [email protected] elektron ünvanına göndərə bilərlər. İyunun 30-dək isə münsiflər heyətinin iştirakı ilə seçim turu keçiriləcək və teatr truppası yaradılacaq.

Tələbə teatr truppası yeni tədris ilindən başlayaraq Bakı, Sumqayıt, Gəncə, Şamaxı, Lənkəran və Mingəçevirdə yerləşən ali təhsil müəssisələrində "Dünyamız QİÇS-ə qalib gələcək!" şüarı ilə tamaşalar göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə