Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri Xanım Yadigarlı işdən çıxıb. SİA Oxu.az-a istinadən xəbər verir ki, bu barədə X. Yadigarlı özü məlumat verib.
“Bu il media və televiziya sahəsində fəaliyyətimin 15 ili tamam olur. Bu yolun son 5 ilə yaxın hissəsini isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində əvvəlcə İctimaiyyətlə əlaqələr və protokol, daha sonra isə Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri kimi çalışdım. Şəxsi təşəbbüsümlə bu fəaliyyətimi də artıq başa vurdum”, - o bildirib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB