"Şəhərimizin yaşıllaşdırılması ilə bağlı görülən işlər çox genişdir və uğurludur. Amma onu da nəzərə almalıyıq ki, bəzi yerlərdə ağaclar quruya bilər. Lakin həmin ağaclar əkilən zaman suvarma sistemi düzəltmədilər deyə quruya bilər və ya həmin yaşıllığın əkilməsi lazımi qrumlarla razılaşdırılmayıb". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Fikrət Cəfərov deyib.
Onun sözlərinə görə, COP 29-dan əvvəl 8 noyabr prospektində və aeroport yolunda milyona yaxın ağaclar əkilib: "Həmin ağacların vəziyyəti çox yaxşıdır. Düzdür 1%-ə kimi ağaclar quruya bilər. Deməli həmin işləri görəndə birinci növbədə suvarma sistemi yaradıblar, daha sonra ağacları əkiblər. Bu ağaclar bu il intensiv inkişaf edəcəklər. Digər bir məsələni də qeyd etmək istəyirəm ki, "Bibiheybət" yolunu götürsək və həmişə Bakı üçün problem olan "Bibiheybət" Neft Birliyinin sahələrində də çoxlu sayda ağac əkilib. Ümumiyyətlə bütün yol ətrafında parklar yaradıblar. Bəli orda da müəyyən ağaclar var ki, quruya bilir. Lazımi səviyyədə əvvəl əkilən ağaclara qulluq edə bilmədiklərinə görə həmin ağaclar qurudu. Lakin bu gün həmin ərazidə ürək açan bir vəziyyət hökm sürür. Su İdman Sarayının ətrafında da on minə yaxın iynəyarpaqlı ağaclar əkiblər. 1-2 ildən sonra artıq həmin ərazidə meşə əmələ gələcək. Ona görə bildirmək istəyirəm ki, görülən işlər çox gözəldir, nəticələr yüksəkdir və get-gedə bu vəziyyət yaxşıya doğru dəyişilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə