İnsanlar bu travmaları hansı yollarla keçirə bilər? -AYDINLIQ GƏTİRİLDİ

Qəzalarda psixoloji travmalar insanın gözlənilməz hadisələrə verdiyi emosional reaksiyalardır. Bu travmalar qorxu, şok və qeyri-müəyyənlik hissi ilə müşayiət olunur, şəxsin gündəlik həyatına və emosional vəziyyətinə ciddi təsir göstərə bilər. Belə hallarda vaxtında dəstək və müalicə travmanın təsirlərini azaltmağa kömək edir. Həmçinin psixoloqlar bu mövzular haqqında açıqlamalar edir.

Psixoloq Ezgi Şahində SİA-ya açıqlamasında bu mövzuya münasibətini bildirdi:"İlk olaraq travmadan sonra mütləq psixoloji dəstək almaq lazımdır,çünki bu stüasiya travma olaraq qalır və gələcək həyatlarına yansıyır,o insanlar heç vaxt təyyarəyə bir daha minə bilmir. Həmçinin normal həyatlarına son dərəcə reaksiya verərək davam edirlər. Hər hansı avtobus da yaxud bir maşında gedərkən anidən bir tormoza basılması belə onların qeyri-normal reaksiyasına səbəb ola bilər.Travma sonrası stress pozğunluğu, kəkələmə və ya başqa psixoloji problemlər yarana bilər.

Təyyarənin düşməsi və bu kimi qəzalar yüzdə bir deyil, hətta mində bir ehtimaldır.Amma yolda gedərkən bir maşının qəzaya düşməsi daha böyük bir ehtimaldır. İnsanlar təyyarədə ayaqlarını yerə basmadığı, havada olduqları və idarəetmə yollarının tamamən onlarda olmadığı üçün stress yaşayıb qorxurlar. Təyyarə qəzası mində bir ehtimal olsa da,insanlar bu kimi xəbərlərə baxıb daha çox pis təsirə qapılırlar,lakin bu xəbərlərə baxılmamalıdır. Təyyarə düşməsi zamanında həmin stüardessanın səsi ilə videolar düzəldib reklam halına gətirirlər. Buda insanlara çox pis psixoloji təsir edir. Çünki videoları çox duyğusal səslər yükləyib,ağırlaşmış dərəcədə düzəldirlər. Beləliklə insanların psixologiyalarına təsir edəcək bir problemə gətirib çıxarırlar

Psixoloji dəstək deyəndə psixoloq yanına gedib onlarda olan travma üzərində işlənilməlisi nəzərdə tutulur.Hansı ki, EMDR terapiyası,meditasiyalar, hipertoniya və s.ola bilər.

Psixoloqlar travmanı ən stabil vəziyyətə gətirmək və o gərginliyi ortadan qaldırmaq üçün bu kimi terapiya yöntəmlərindən istifadə edirlər. Sadəcə olaraq mütləq şəkildə dəstək almaq vacibdir".

Həmçinin psixoloq Gülnar Orucova da məsələyə aydınlıq gətirdi. Onun sözlərinə görə,"Ümumiyyətlə insanlar təyyarə qəzasından qorxurlar, amma təyyarə qəzasından çox günümüzdə avtomobil qəzaları olur. Həmçinin insan istər sağlığını, istər həyatını avtomobil qəzalarında daha çox itirir. Bununla yanaşı olaraq bəzi insanlarda "Mən təyyarə minə bilmərəm" kimi fobiyalar olur. Bəzi insanlar isə sadəcə ehtiyat edərək qorxurlar, yəni fobiya ilə qorxunun fərqləri var. Fobiya barəsində misal demək istəyirəm ki, hamımız ilandan qorxuruq. Bu qorxuruq əsası bizi ilanın dişləməsi deyil, qeyd edimki digər heyvanlarda dişləyə bilər, amma bilirik ki onlar dişləyəndə biz ölməyəcik. Lakin ilan dişləməsində bizim ölmə ehtimalımız qat- qat yüksəkdir. Deməli bizimdə şüur altımızda ilanın dişləməsi yox ölüm qorxusu yatır. Bu qorxunu isə uşaq yaşlarından valideynlər yaradır. Yəni uşağın hər addımını, ola biləcək təhlükələrdən, stresslərdən qoruyaraq belə bir halı yaradılar və nəticədə bu proses ortaya çıxır. Qəzalardan sonra insanların çoxundan postdrammatik stress baş verir. Bu o deməkdir ki, qəzanın yaşadığımız və bitdiyi anda biz stressli görünmürük amma bir müddət sonra çox yüksək şəkildə ortaya çıxır. Qəza olduğu an insanlar demək olar ki, çox stressli olur, qışqırırlar, hisslərini idarə edə bilmirlər. Həmçinin insanlar qəzanın olacağını və nəticələrini düşünən zaman çox bərbad psixoloji durum ortaya çıxır. İnsanlar qəza olacağını düşünəndə həmin an təlimatlara belə uymurlar, onlar öz bildiyi yaxud hardasa oxuduğu kimi davranmağa başlayırlar, lakin təlimatlara mütləq şəkildə uymaq lazımdır.

İlk növbədə insanların psixoloji rahatlığını təmin etmək lazımdır. İkinci güvən verən insanlar danışmalıdırlarki, onu dinləsinlər. Qəza anında maksimum olaraq bu anı keçirə biləcəyini başa sala biləcək bir təlimçi olmalıdır".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə