Ekspert: COP29-un Azərbaycanda keçirilməsi əladır

COP29-da dünyaya çatdırmalı olduğumuz şey iqlim maliyyəsi və yeni kollektiv, kəmiyyətli məqsədlə bağlı yeni razılaşmadır. İqlimin maliyyələşdirilməsi üçün yeni müqavilə olmadan COP29-u tərk edə bilmərik.

SİA xəbər verir ki, bu sözləri Davamlı İnkişaf üzrə İİSD Beynəlxalq İnstitutunun baş məsləhətçisi, enerji və iqlim idarəçiliyinin rəhbəri Faruq Ullah bildirib.

“Məncə COP29-un Azərbaycanda keçirilməsi əladır. Azərbaycan Şərqlə Qərbi birləşdirən və dünya ölkələrini bir araya gətirərək həqiqətən mühüm rol oynayır. Həm İpək Yolu, həm də enerji iqtisadiyyatındakı tarixi rolunu nəzərə alaraq, düşünürəm ki, Bakı maraqlı şəhərdir”, - deyə o qeyd edib.

Faruq Ullah əlavə edib ki, Azərbaycanın həm Avropa, həm də Asiyanın ortasında yerləşən qədim tarixi bir ölkə kimi fərqli dövlətlərdən olan insanları bir araya gətirməsi önəmli bir addımdır. COP29 ölkələrə yaşıl iqtisadiyyata keçid üçün inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrdən maliyyə dəstəyi alması baxımından da çox əhəmiyyətli bir platforma olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə