Sürət qatarlarında birinci sinif salonlara nə üçün minik yoxdur? - QURUM RƏSMİSİ AÇIQLADI
Bakı və Sumqayıt şəhərləri arasında xidmət göstərən sürət elektrik qatarlarında birinci sinif yerlərə bilet satışının olmadığı, həmin bölmənin istifadə edilmədiyi bildirilir. Təbii ki, bu da bir sıra vətəndaşların narazılığına səbəb olur.
Mövzu ilə bağlı SİA-nın suallarını Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Sənubər Nəzərova cavablandırıb: "
Bakı və ətraf qəsəbələrdə artan sərnişin tələbatı nəzərə alınaraq ölkədaxili istiqamətlərdə istifadə olunan qatarlar həm də şəhərətrafı reyslər üzrə də hərəkətə cəlb olunub. Həmin qatarların 2-ci mərtəbəsində olan 9 yerlik birinci sinif yerlər yalnız ölkədaxili istiqamətdə səyahət edən sərnişinlərin istifadəsi üçün nəzərdə tutulub. "Stadler" istehsalı olan qatarlarda birinci sinif yerlər məhz uzaq məsafə üzrə səyahət edən sərnişinlərə təklif olunur. Çünki birinci sinif oturacaqlar olan bölgə yalnız azsaylı sərnişinlər üçün nəzərdə tutulub. Üstəlik birinci sinif salonlarda oturacaqlar elektrik tənzimləmə ilə olduğundan və avtomatlaşdırıldığından gündəlik şəhərətrafı marşrutlarda çoxsaylı və ehtiyatsız istifadə zamanı yararsız hala düşə bilərlər”.
Qurum rəsmisi bildirib ki, artan sərnişin tələbatını qarşılamaq üçün ADY vaqon parkını yeniləyir "Stadler Rail Group"la 10 yeni qatarın alınmasına dair imzalanmış müqaviləyə əsasən Flirt tipli bir mərtəbəli 4 qatar 2023-cü ilin sonunda Bakıya çatdırılıb. Daha 6 qatarın bu il ölkəyə çatdırılması planlaşdırılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB