Oruc tutmaq istəyən hamilə xanımlar Ramazanda necə QİDALANMALI? - MÜTƏXƏSSİS AÇIQLADI

Oruc tutmaq istəyən hamilə xanımlar Ramazanda necə QİDALANMALI? - MÜTƏXƏSSİS AÇIQLADI

"Bəzi risk qrupuna daxil olan insanlar var ki, onlar üçün oruc tutmaq təhlükəli ola bilər. Hamilə qadınlar, südverən analar, xroniki xəstəliyi olanlar, yeniyetmələr, müalicə üçün mütəmadi olaraq dərman qəbul edən insanlar bu risk qrupuna aid edilir. Sadəcə olaraq hamilə xanımlar və südverən analarda hər hansı bir əlavə sağlamlıq problemi yoxdursa, həkim məsləhəti ilə iftar və imsak vaxtında lazım olan miqdarda gündəlik qidaları qəbul edə biləcəklərsə, nəzarət altında oruc tuta bilərlər". Bu sözləri SİA-ya açıqlamasında sağlam qida üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, bəzi diqqət ediləcək məqamlar var: "Hamiləliyin ilk üç ayında oruc tutmaq uşağın tələf olmasına, erkən düşməyə gətirib çıxara bilər. Bu da ilk üç ayın ən riskli period olduğunu göstərir. Çünki hər saniyədə orqanizmdə fərqli dəyişikliklər olur, vitamin, su, və mineral çatışmazlığı nəticəsində döl tələf ola bilər".
Mütəxəssis bildirib ki, hamiləliyin 4-9 ay aralığında isə mövsümi meyvə-tərəvəzlər, zülal tərkibli, heyvan mənşəli, lifli qidalardan, çərəzlərdən istifadə edərək, eyni zamanda orqanizm üçün lazım olan maye miqdarını tənzimləyərək oruc tutmaq mümkündür: "Amma yenə mütləq şəkildə peşəkar mütəxəssislərdən dəstək alınmalıdır. Südverən analar da qeyd etdiyimiz məqamlara diqqət etməlidirlər. Əks halda bu risk qrupuna daxil olan şəxslərin oruc tutması tövsiyə olunmur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə