Depressiya - çağımızın bəlası - SƏBƏBLƏR BƏLLİ OLDU

Son zamanlar ölkədə intiharların sayı artıb. İnsanlar arasındakı intihara meyillilik nədən qaynaqlanır? Mövzu ilə bağlı SİA-nın suallarını psixoloq Vəfa Rəşidova cavablandırıb.

Psixoloqun sözlərinə görə, bu mövzu övzu olduqca həssasdır: “İllərdir bu mövzunu danışırıq. İnsanlar düşünürlər ki, kimsə durur və heçnədən özünə qəsd etdi. Onlar bunun bir dəqiqə içərisində baş verən proses olduğunu düşünürlər. Əslində isə intihar depressiyadan sonrakı ən sonuncu addımdır. Bu gün ölkədə depressiyadan əziyyət çəkən insanların sayı həddindən artıq çoxdur. Sadəcə insanların psixoloqa müalicə almaq kimi istəyi yoxdur. Çünki pulları gedər, xərcləri çıxar. Bu səbəbdən də insanlar illərdir depressiyadan əziyyət çəkirlər”.

V.Rəşidova bildirib ki, bir nöqtədən sonra insanın depressiya ilə mübarizə etməyə macalı qalmır və intihar edir: “Yəni intiharın əsas səbəblərindən biri dərin depressiyadır. İnsanların əksəriyyəti də depressiya yaşayır. Bu səbəbdən də intihar halları çoxalıb. Çünki depressiya zamanında həll olunmayanda, öz korreksiyasını, yolunu tapmayanda, insan zamanında sağalmayanda təbii ki, intihara bir addım qalır. Depressiyada olan insan üçün intihar etmək su içmək qədər asan olur”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə