Həyatınızdan neqativ düşüncələri necə silməli? - İZAH EDİLDİ

"Neqativ düşüncələr ümumiyyətlə insanların həyatında yaşadıqları çətin hadisələrdə yaxud müəyyən bir situasiyada keçirilən stress, qorxu və narahatlıq kimi hisslərlə bağlı yaranır. İnsanlar ümumiyyətlə problemlərlə başa çıxmaq üçün məsələləri təhlil edir və həll etməyə çalışır, lakin bu zaman neqativ düşüncələr, özünü yetərsiz, zəif, başarısız, çarəsiz hiss etməyə səbəb ola bilər". Bunu SİA-ya açıqlamasında psixoloq Mahu Teymurova bildirib.

Onun sözlərinə görə, bir işdəki uğursuzluq, bir münasibətin bitməsi, ya da sağlamlıqla bağlı problemlər neqativ düşüncələrin səbəbi ola bilər: "Çünki beyin neqativi düşünməyə meyillidir.

Neqativ düşüncələrdən necə qurtulmaq olar?

Özünüzü Tanımaq və Müdafiə Etmək: Neqativ düşüncələri tanımaq və onları müəyyən etmək, özünüzü onlardan qoruya bilər.

Pozitiv Pəncərədən Düşünməyə Yönəlmək: Neqativ düşüncələri müsbət alternativlərlə əvəz etmək önəmlidir. Özünüzə daima pozitiv bir baxış açısı qazandırmağa çalışın.

Streslə mübarizə: Streslə başa çıxmaq üçün məsələləri nəzərə alaraq, məsuliyyətlərinizi qəbul etmək və stressizlik təcrübələri üçün təcrübə qazanmaq önəmlidir.

Qəbul və qabaqcadan planlama: Qarşılaşacağınız məsələlərə hazırlıqlı olmaq, onları qabaqcadan planlamaq və qəbul etmək, neqativ düşüncələrin sizi əhatə etməsinə mane olur.

Düşüncənə kənardan baxmaq: Neqativ düşüncələrinə kənardan bax, həqiqətən düşüncənin doğru olub-olmadığını rahatlıqla müəyyən edə bilərsən.

Ümumən meditasiya, zehin və ruh sağlamlığını gücləndirmək və neqativ düşüncələri aradan qaldırmaq üçün effektiv bir yöntəmdir. Meditasiya zamanı, insanlar zehinlərini sakitlik gətirərək, mənfi düşüncələrdən azad olmağı öyrənirlər. Meditasiya, insanların düşüncə və hislərlə daha doğru şəkildə əlaqə qurmağa kömək edir və pozitiv baxış açısını gücləndirir. Ancaq meditasiya tək başına neqativ düşüncələri aradan qaldırmaq üçün kifayətli deyil. Bunun əvəzində, neqativ düşüncələrdən azad olmaq üçün bəzi praktikalarla birləşdirilməlidir".

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə