“Çin istehsalı avtomobillər dünya avtomobil bazarında böyük rezonansa səbəb olub. Bunun əsas səbəbi daha çox neft məhsulları ilə yox, digər alternativ enerji növləri ilə işləmələridir”. Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, bu nəqliyyat vasitələrinin ucuz, əlçatan olması, ehtiyat hissələrinin daha rahat təmin edilməsi kimi keyfiyyətlər imkan verir ki, bu avtomobillərə tələbat artsın: “Çin istehsalı avtomobillər, xüsusilə, Yaponiya və Cənubi Koreya istehsalı olan avtomobillərlə böyük rəqabətdədir. Burada əsas məsələ müştəri məmnunluğunu qazanmaqdır. Müştəri o vaxt məmnun qalar ki, qiymət ucuz olar, ehtiyat hissələri daha rahat əldə edilər. Son vaxtlar bu avtomobillərin servisləri kifayət qədər artıb, artıq ustaları da var. Əsas çətinliklərdən biri usta problemi idi, indi bu problem də həllini tapandan sonra burada başqa problem qalmır”.
Ekspert qeyd edib ki, müştəri üçün başlıca məsələ keyfiyyət, ekonom olması və yanacağa qənaət etməsidir: “Bunlar təmin olunduqdan sonra müştəri üçün hansı ölkənin avtomobili olmasının nə fərqi var? Çin istehsalı avtomlobillər dünya bazarında böyük yer qazanmağa başlayıb. Qaldı ki keyfiyyət məsələsinə, yaxın illərdə istehsal olunan avtomobillərin keyfiyyəti tədricən özünü göstərəcək. Yəni istismar olunduqca onların hansısa problemləri varsa bu üzə çıxacaq. Bu günə qədər kifayət qədər avtomobillərdə istismar zamanı problemlər üzə çıxıb. Hətta brend avtomobillərdə də belə narahatlıqlar yarananda müştəriyə müəyyən qədər kompensasiya ödənib, avtomobillər geri çağırılıb. Düşünürəm ki, belə olan halda da həmin markaların marketinq şöbələri müvafiq addımlar atacaqlar. Amma Çin istehsalı avtomobillərin ciddi problemlərinin ortaya çıxması ilə bağlı kifayət qədər məlumat yoxdur. Bu da tələb və təklifləri ödədiyi üçün kifayət qədər alıcı bolluğu yaşanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB