Muzeyin numizmat alimi AzTV 1-də yayınlanan sorğuda iştirak edib

Muzeyin numizmat alimi AzTV 1-də yayınlanan sorğuda iştirak edib

23 yanvar 2024-cü ildə AzTV Xəbərdə yayınlanan “Namiq Əliyevlə İqtisadiyyat Xəbərləri” verilişindəki “Antik pul yığanların diqqətinə: satış zamanı bu hallara rast gəlinir” adlı süjetdə (süjeti hazırlayanlar: Salatın Pirmuradova, Kamran İsayev, Aytən Abdulova) Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova iştirak edib.

Süjetdəki sorğuda hazırda satış platformalarında qədim pulların satış dəyərindən yüksək məbləğdə təklif edildiyi bildirilib.

Mütəxəssis-alim hər bir sikkənin satış dəyərinin müəyyən edilməsində vacib bilinən məqamları açıqlamış, hazırda sosial şəbəkələrdə satışa çıxarılan sikkələrin satış qiymətinin reallığa uyğun təyin edilmədiyini vurğulayıb. Muzeyin mütəxəssisi hər bir vətəndaşın muzeyə material təhvil edilərkən riayət olunan qaydanı da xatırladıb.

Süjet aşağıdakı linkdədir (2 dəq. 47 san.):

https://youtu.be/oEj7H-MUO54?si=ccrPaMsl-Fz6DGLO

Bütün xəbərlər Facebook səhifəmizdə