Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət təşkil olunur.
SİA APA-ya istinadən xəbər verir ki, yollara xüsusi avtomobillərlə qum və duz səpilir. Hərəkət dayandırılmayıb.
Tədbirlər davam edir.
***
20.40
Şamaxı-İsmayıllı avtomobil yolunda hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.
DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.
Tədbirlər davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB