"Bağçaların ərzaq təminatında 20 milyon manat azalma görünür" - ZAHİD ORUC

"Bağçaların ərzaq təminatında 20 milyon manat azalma görünür" - ZAHİD ORUC

"Məktəbəqədər təhsil xərcləri ilə bağlı danışmaq istəyirəm. Gələn il məktəbəqədər təhsil üçün 90 milyon manat artım nəzərdə tutulur". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Zahid Oruc “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Zahid Oruc sözlərinə belə davam edib: "Bağçaların ərzaq təminatında 20 milyon manat azalma görünür. Buna media tərəfindən də aydınlıq gətirilməsi istənilir. Onsuz da ölkədə 1825 uşaq bağçası mövcuddur. Hər 4 uşaqdan da birinin bağça ilə təminatı var. Ona görə də gələcəyimiz olan körpələrin bu məsələsinə diqqət göstərilsə yaxşı olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə