Çində olan jurnalistlər Pandaların qorunub mühafizə edilməsi mərkəzində olublar - FOTOLAR

Çində olan jurnalistlər Pandaların qorunub mühafizə edilməsi mərkəzində olublar - FOTOLAR

Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri 7-ci gündür davam edir. SİA xəbər verir ki, media təmsilçilərinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.

Çində səfərdə olan heyət bu gün Dujiangyan şəhərinə gedib və nəhəng Panda Qoruma və Tədqiqat Dujiangyan Mərkəzinin bazasını ziyarət ediblər.

Günün ikinci yarısında KİV nümayəndələrinin Sunac Cultural Tourism City, Dujiangyan Su Mühafizəsi Layihəsini ziyarət edəcəklər, "Sıçuan üzərində uçmaq" filminə baxacaqlar və Taicitsuan və uzun lüləli çaydan mədəniyyəti ilə tanış olacaqlar.

Proqramın sonunda qonaqlar Çenduya qayıdacaq və "Taikoo Li" ticarət mərkəzini ziyarət edəcəklər.

Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə