Xankəndi-Laçın yolunda sülhməramlıların 4 avtomobili maneəsiz keçib

Xankəndi-Laçın yolunda sülhməramlıların 4 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

SİA-nın məlumatına görə, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 minik və 2 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 4-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə