YAP İmişli rayon təşkilatında “30 il xalqın xidmətində” adlı tədbir keçirilib - FOTOLAR

YAP İmişli rayon təşkilatında “30 il xalqın xidmətində” adlı tədbir keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə “30 il xalqın xidmətində” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə rayonumuzdan şəhid olan qəhrəmanlarımızın ailələri, İmişli rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Ulu öndər Heydər Əliyevin təsis etdiyi Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. 30 il öncə təsis edilən partiyamızın sıralarında bütün kateqoriyadan olan insanların təmsil olunması onu deməyə əsas verir ki, YAP xalqın partiyasıdır. Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin Ata vəsiyyətini yerinə yetirərək 44 günə qübar bağlamış həsrətimizə son verərək Qarabağı düşmən tapdağından azad etməsi və bu gün orada abadlıq-quruculuq işlərinin aparılması YAP-ın fəaliyyətinin bariz nümunəsidir.

Çıxış edən İmişli rayon prokuroru Valeh Səmədov Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində yüzlərlə imişlili gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.

YAP İmişli rayon təşkilatının “Energetik – 1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov çıxışına Ulu Öndər Heydər Əliyevin ”Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” kəlamı ilə başlayaraq ötən əsrin 90-cı illərinin əvvəlində ölkədəki xaos və anarxiyanı xatırladaraq böyük səylər nəticəsində Ulu Öndərin müstəqilliyimizi qoruduğunu qeyd etdi.
Şəhid valideynləri tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb. Onlar belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə çox xoşbəxt olduqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə təşəkkür və minnətdarlığını bildiriblər.

Sonda “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədovun dəstəyi ilə şəhid ailələrinə bayram sovqatı hədiyyə olunub.

“30 il xalqın xidmətində” aksiyasının davamı olaraq 30 dekabr 2022-ci il tarixində 450 qazi və imkansız ailələrə bayram sovqatı paylanılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə