Yaşadığımız dünyada bir uşağın gülüşündən gözəl nə ola bilər? Uşaqlar ən dözülməz vaxtlarda belə bizi güldürən və həyata bağlayan ən gözəl varlıqlardır. Onların kiçik bir kədərləri belə bizim narahat olmağımıza kifayət edir.
Bildiyimiz kimi, artıq Yeni ilə sayılı günlər qalıb. Yeni ilə həm şən, həm də xoşbəxt girmək istəyirsinizsə, ətrafınızdakı uşaqları güldürməyə çalışın. Onlara ən yaxşı Milad hədiyyələri ilə şirin sürprizlər bəxş edin.
Bildirək ki, Yeni ilin böyüklər və uşaqlar üçün fərqli mənaları var. Biz böyüklərin yeni ildən böyük gözləntiləri olur. Ancaq bir uşaq üçün bu bayram yalnız yeni bir zaman dövrünün başlanğıcı və şirin Milad hədiyyələridir.
Milad bayramını uşaqlar üçün bu qədər cəlbedici edən şey, əlbəttə ki, onların bizdən alacaqları hədiyyələrdir. Uşaqlar onlara alacağınız Milad hədiyyəsinin xəyalları ilə yuxuya gedirlər və o oyuncaqların xəyalları ilə gözlərini açırlar.
Bəs, Yeni ildə uşaqlara hansı hədiyyələri ala bilərik?
Uşaqlar üçün Yeni il hədiyyəsi dedikdə ağlımıza ilk gələn şey hədiyyə qutularıdır. Üstəlik, cinsindən asılı olmayaraq bütün uşaqlara Milad hədiyyə qutularının bir çoxunu hədiyyə edə bilərsiniz.
Oğlan uşaqları üçün bayram hədiyyələri:
Kişilər üçün hədiyyə almaq adətən çətin olsa da, kiçik oğlan uşaqları üçün bir çox seçim var. Normal şəraitdə uşaqlara özlərini təkmilləşdirmək üçün kitablar və zehni oyunlar tövsiyə olunur.
Yaradıcı fəaliyyətlərin beyin inkişafında nə qədər təsirli olduğunu yəqin ki, hamımız bilirik. Bu fəaliyyətlər sayəsində həm zehnimizi inkişaf etdiririk, həm də keyfiyyətli vaxt keçiririk. Uşaqlar üçün bu tip hədiyyələr onların inkişafına böyük töhfə qatacaq.

Komanda forması
Oğlanların əsl futbol azarkeşi olduğunu bilməyən yoxdur. Kiçik yaşlarına baxmayaraq, sizə qarşı tutduqları komandanın heyətini heç bir səhv etmədən saya bilirlər. Onlar hər fürsətdə sizinlə futboldan danışmağa və komandalarının nə qədər yaxşı olduğunu sübut etməyə çalışırlar. Bir oğlan uşağına veriləcək ən yaxşı hədiyyələrdən biri onların sevimli komandasının forması olacaq.
Oyuncaq avtomobil
Uşaqlar üçün avtomobillər futbol kimi bir sevgiyə malikdir. Oğlan uşaqları dostları ilə bir araya gəldikləri hər fürsətdə maşınlarını yarışdırırlar. Bu şirin rəqabətin baş tutacağı oyuncaq avtomobil treki onların maraqlı oyunlarına rəng qatacaq.

Qız uşaqları üçün Yeni il hədiyyələri:
Boyama uşaqların sevimli məşğuliyyətlərindən biridir. Qız uşağı üçün Yeni il hədiyyəsi olaraq rəngli boyalar və boyama kitabı ala bilərsiniz. İstəyirsinizsə, rəngləmə kitabının yanına şokolad və rəngləmə dəsti də əlavə edə bilərsiniz. Bu şəkildə onu sənətlə dolu yepyeni bir ilə hazırlayacaqsınız. Üstəlik, bu cür fəaliyyətlər sayəsində sosiallaşa bilmədikdə belə onun keyfiyyətli vaxt keçirməsini təmin edə bilərsiniz.
Nağıl qəhrəmanları kostyumu
Biz hamımız kiçik olanda nağıl qəhrəmanı olmaq istəməzdikmi? Buna görə də, qızlara aid ən gözəl Milad hədiyyələrindən biri nağıl qəhrəmanı kostyumları olacaq. Onun üçün alacağınız kostyumla o özünü nağıl dünyasının ulduzu hesab edəcək.
Gəlincik
Oğlan uşaqlarının ən sevdiyi oyuncaq avtomobil olduğu kimi, bu qızlarda gəlincikdir.
Oyun xəmir dəsti
Təbii ki, uşaqların əl bacarıqlarını inkişaf etdirən, əylənmələrini təmin edən şeylərdən biri də təbii ki, oyun xəmiri dəstidir. Oyun xəmirindən hazırlayacaqları müxtəlif əşyalar onların bacarıqlarını inkişaf etdirəcək. Bu, uşağın əzələ inkişafına da müsbət təsir edəcək.
Ona görə də həm faydalı, həm də əyləncəli bir hədiyyə istəyirsinizsə, onlara oyun xəmiri dəsti ala bilərsiniz.
Təbii ki, bu hədiyyə yalnız qızlar üçün hədiyyə deyil. İstəyirsinizsə, oğlan üçündə belə bir Milad hədiyyəsi ala bilərsiniz. Oyun xəmiri dəsti məktəbəqədər hədiyyələrində də qiymətləndirilə bilən bir fikirdir. Bu arada, hədiyyə seçərkən qutunun üzərindəki yaş qrupu məhdudiyyətinə diqqət yetirməyinizi tövsiyə edirik.

Bütün bu hədiyyələrlə yanaşı Yeni il öncəsi marketlərdə uşaqlar üçün hədiyyə qutusu dəstləri də satılır. Bəs, bu hədiyyə qutularının içərisində nə var? Onlar uşaqların sağlamlığına necə təsir edir? Hədiyyənin qiyməti onun içindəki ilə mütənasiblik təşkil edirmi? SİA marketlərdəki Yeni il hədiyyə qutuları haqqında araşdırma aparıb.

"Lays" Yeni il qutusu- 3.99 AZN. Qeyd edək ki, bu ən ucuz hədiyyə variantlarından biridir.
"Bolluq hədiyyəli dəst"- 4.29 AZN
"Kağızdan ev qutulu hədiyyə dəsti" - 6.55 AZN
"Yeni il hədiyyəsi evcik dəsti" - 22.90 AZN
"Milka Yeni il hədiyyə dəsti" - 7.99 AZN
"Milka qarışıq peçenyeli hədiyyəlik qutu" - 3.59 AZN
"Milka şaxta baba şirniyyat qutusu" - 5.49 AZN
"Milka şirniyyat qutusu" - 3.69 AZN. Gördüyünüz kimi, bir markanın fərqli qablaşmada olan hədiyyəliklərinin qiymətləri də fərqlidir.
"Barni yeni il qutusu" - 4.39 AZN
"SWEET BOX hədiyyəli şirniyyat qutusu" - 3.79 AZN
Bunlar iri marketlərdə olan konkret olaraq bəlli markanın qiymətləridir. Ümumilikdə isə 10.90 AZN, 12.90 AZN, 13.90 AZN, 3.10 AZN, 2.55 AZN, 36.90 AZN, 28.90 AZN, 23.70 AZN, 21.50 AZN, 18.95 AZN, 17.85 AZN, 2.49 AZN, 9 AZN və digər fərqli qiymət aralıqlarında hədiyyələr mövcuddur. Ümumilikdə onu qeyd edə bilərik ki, hədiyyələr hər cibə uyğundur. Lakin, qiymət azaldıqca keyfiyyət də zəifləyir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Çox zaman "Yeni il hədiyyələri" adı altında qablaşdırılan qutuların içərisinə vaxtı keçmiş, üzərində yararlılıq müddəti qeyd edilməyən məhsullar qoyulur. Bu da uşaqlarda zəhərlənmə hallarının baş verməsinə səbəb olur. Bu səbəbdən vətəndaşları diqqətli olmağa çağırıram. İstehlakçılar həmin qutuları alarkən onların içərisində olan bütün qidaların tarixinə baxmalı, hüquqlarının müdafiəsi üçün fəallıq göstərməlidirlər.
Yeni il bayramı günlərində bu hədiyyələrlə əlaqədar şikayətlər edilir. İstehlakçılar belə hallarla rastlaşdıqda, şikayətini bildirməlidir. Uşaqlara qablaşdırılmış Yeni il hədiyyələri alan valideynlər aldıqları hədiyyələri açıb içindəkilərə baxmalıdır.
Hər il bayram şənliklərində ekzotik qutularla yararlılıq müddəti keçmiş mallar qablaşdırılır və istehlakçılara verilir. Valideynlər isə bu hədiyyələri alır, verir uşaqlara, özlərinin başı şənliyə qarışır, uşaqları nəzarətsiz qoyurlar və zəhərlənmə halları baş verir. Hətta ola bilər yararlılıq müddəti keçməsin, amma məhsul xarab olmuş olsun. Belə hallarda da istehlakçının 14 gün ərzində həmin halları qaytarmaq və pullarını geri almaq, həmçinin şikayət etmək hüququ var.
Məsələ ilə bağlı vəziyyət ildən-ilə yaxşılaşır. Amma problem hələ də qalmaqdadır. Dəyərindən iki dəfə baha satılan bu hədiyyələrə nəzarət güclənməlidir.
Çox təəssüf ki, bəzi biznes sahibləri vaxtı keçmiş məhsulları hədiyyə qutularına daxil edirək onları uşaqlara təqdim edirlər. Belə qidaların uşaqlar tərəfindən istahlak edilməsi isə uşaqların kütləvi şəkildə zəhərlənməsinə gətirib çıxara bilir. Bu baxımdan valideynlər hədiyyə qutuları aldıqda mütləq şəkildə onun içərisindəki məhsulların tarixinə diqqətlə baxmalıdır. Əgər hədiyyə qutusunun daxilində ədəd mallar varsa, onun üzərində buraxılma tarixi olmadığı üçün onları uşaqlara verməsinlər. Misal üçün konfetlərin üzərində buraxılma tarixi olmur. Peçeni, vafli kimi məhsulların isə yalnız buraxılma tarixinə baxdıqdan sonra uşaqlara verə bilərlər. Əgər hədiyyə qutusunun içərisindəki məhsulların buraxılma tarixi yoxdursa o zaman qutuların üzərindəki tarixə əhəmiyyət vermək lazım deyil. Həmin tarix aldadıcıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB