WhatsApp 5000 nəfərlik elan qruplarına icazə verəcək

WhatsApp 5000 nəfərlik elan qruplarına icazə verəcək

WhatsApp yeni funksiyasını təqdim etdi. Bu yaxınlarda icmalar adı altında yeni bir seçim gətirən WhatsApp, 5000 nəfərlik elan qruplarına icazə verəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu qruplarda qarşılıqlı əlaqə olmayacaq, istifadəçilər yalnız qoşulduqları qrupların elanlarını oxuya biləcəklər. Bundan əlavə, istifadəçilər artıq qrup mesajlarında başqalarının profil fotolarını görə biləcəklər.

WhatsApp bu funksiyanın anonim insanların yaratdığı çaşqınlığın qarşısını alacağına inanır. Bundan əlavə, nömrələri saxlamağı sevməyən WhatsApp istifadəçiləri adına baxmadan kimin hansı mesajı göndərdiyini asanlıqla anlayacaqlar. Yeni yeniləmə ilə gələn xüsusiyyətlər tədricən həm WhatsApp mobil proqramında, həm də masaüstü versiyada istifadəyə verilir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə