Təhlükəsizlik normalarını pozan abonentlərə qazın verilişi dayandırılacaq - AÇIQLAMA

Bu gün Azəriqaz İstehsalat Birliyinin mərkəzi ofisində növbəti “Açıq qapı” aksiyası keçirilib. Jurnalistlərin və ictimai təşkilat nümayəndələrinin iştirtak etdiyi tədbir feysbuk şəbəkəsi üzərindən canlı yayımlanıb.

İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib ki, “Qaz təchizatı haqqında” qanuna edilən dəyişikliklərə əsasən, evlərdə texniki yoxlama və müayinə nəticəsində nöqsanlar aşkar edildiyi halda, SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən akt tərtib ediləcək və abonentə təqdim olunacaq. Şöbə rəisi qeyd edib ki, hazırda Nazirlər Kabineti bu qaydaların müzakirəsi aparılır, həmin qaydalar “Azəriqaz”a təqdim olunandan sonra bu istiqamətdə işə başlanacaq.

Onun sözlərinə görə, akt təqdim olunandan sonra abonentə texniki müayinədən irəli gələn nöqsanların aradan qaldırılması üçün bir ay vaxt veriləcək. Bu müddət keçdikdən sonra, həmin ünvana yenidən baxış keçiriləcək və abonent texniki nöqsanları aradan qaldırmadığı halda həmin abonentə qazın verilişi dayandırılacaq.

Eldəniz Vəliyev əlavə edib ki, müayinələrin həyata keçirilməsi və nöqsanların aradan qaldırılması yanvarın 1-dən noyabrın 1-dək olan dövrü əhatə etməlidir.

Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bu sahədə görülən işlərlə bağlı məlumat verib. Şöbə rəisi qeyd edub ki, ötən dövrə nisbətən bu il şikayətlərin sayı 1400-dən çox azalıb, bu isə abonentlərə xidmətin keyfiyyətinin artması ilə bağlıdır.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə