"Ulu öndər irsi və Azərbaycan gəncliyi"

"Ulu öndər irsi və Azərbaycan gəncliyi"

Bu gün Şabran rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman İdarəsi və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılğı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Ulu öndər irsi və Azərbaycan gəncliyi" başlığı altında tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin unudulmaz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Turan Məmmədli, Gənclər və İdman İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, YAP Şabran rayon təşkilatının sədr müavini Cavani Babayev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, Şabran RİHB-nın Dəvəçi İƏD-si üzrə nümayəndəliyinin Baş məsləhətçisi Hikmət Nəsirov, media nümayəndəsi Günay Atayeva iştirak ediblər.

Tədbirdə çıxış edən rəsmilər bildiriblər ki, müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötsə də, çoxəsrlik tarixinin ən parlaq dövrünü yaşayan qədirbilən Azərbaycan xalqı onun misilsiz xidmətlərini hər an yüksək qiymətləndirir, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Çünki bu gün qüdrətli və qalib Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları, zəngin siyasi irsi əsasında, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlərə imza atır. Tədbirin sonunda iştirakçılara Ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə