AYNA publik hüquqi şəxsin tam formalaşdırılması başa çatıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin tam formalaşdırılması başa çatıb. SİA-nın verdiyi məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “biletim.az” portalının təqdimatında deyib.

"Nəqliyyat sektorunda davamlı islahatlar aparılır, lakin yük və sərnişin daşımaları ilə bağlı görüləcək işlər hələ qabaqdadır. Burada görülən işlərin əsas hədəfi vətəndaşların məmnunluğunun artırılmasıdır. Bütün bunları nəzərə alaraq islahatlar genişmiqyaslı aparılır. Son dövrlərdə aparılan islahatlardan biri Yerüstü Nəqliyyat Agentliyinin yaradılmasıdır".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə