“Alzheimer xəstəliyi beynin düzgün işləməsini dayandıran demensiyanın (yaşa dolduğca yaranan yaddaş hafizə problemi) ən çox yayılmış növüdür. Alzheimer xəstəliyi yaddaş, düşüncə və davranış problemlərinə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.
Onun sözlərinə görə, əsasən, 60-65 yaşlarda baş verə bilir: “Alzheimer xəstəliyinin dəqiq səbəbləri hələ də aydınlaşdırılmayıb. Lakin buna gətirib çıxaran müəyyən səbəblər var:
-İrsi meyil ilə beyinə qan tədarükünün kəskin və xroniki pozğunluqları ilə (insultlar, keçici işemik hücumlar, ateroskleroz, arterial hipertansiyon və s.);
-beyin sarsıntıları və ya qançırlar fonunda;
-xoşxassəli və bədxassəli beyin şişləri ilə;
-depressiyadan əziyyət çəkən, eləcə də ağır psixoloji travma almış şəxslərdə;
-pis vərdişlərin (siqaret çəkmə, alkoqoldan sui-istifadə), həmçinin kəskin və ya xroniki intoksikasiya fonunda;
-ömür boyu aşağı intellektual fəaliyyətlə.
Yaş əsas amillərdən biridir: İnsan nə qədər yaşlı olarsa, patoloji riski bir o qədər yüksəkdir. Bundan əlavə, qadınlar kişilərdən daha tez-tez xəstələnirlər.
Xəstəlik geri dönməzdir, lakin düzgün müalicə degenerasiya prosesini əhəmiyyətli dərəcədə yavaşlada və ya hətta dayandıra bilər, buna görə də vaxtında bir mütəxəssisdən kömək istəmək çox vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB