Türkiyədə baş verən terrora CƏMİYYƏTİN BAXIŞI SORĞU

Türkiyədə baş verən terrora CƏMİYYƏTİN BAXIŞI SORĞU

13 noyabr tarixində Türkiyənin İstanbul Şəhərinin İstiqlal küçəsində terror aktı həyata keçirilib. Bu hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb. Dünyada baş verən terror aktlarının cəzasını çəkənlər isə yanlız məsun insanlar olur. SİA olaraq Türkiyədə baş verən terror aktı ilə bağlı şəhər sakinləri arasında sorğu keçirdirk:

Şəhər sakini Elmar Oqtayov: "Baş verən terror hər birimizi sarsıtdı. Xüsusilə də videolarda terror ərazisində olan içi boş qalmış uşaq arabasını gördükdə ürəyim ağrıdı. Həqiqətən anlaya bilmirəm ki, özünə insan deyən bir varlıq bunu necə edə bilər. Əminəm ki, haqq ədalət öz yerini tapacaq".

Şəhər sakini Təranə Abbasova: "Əlbəttə ki, bu terrorun heç bir açıqlaması ola bilməz. 81 nəfər yaralanıb, 6 nəfər ölüb. Bu həqiqətən faciədir. Qardaş Türkiyədə bu hallar əvvəl da baş verirdi. Bunu qarşısı alınmışdı, amma görünür yenidən bu cür təxribatlar törətməyə başlayıblar".

Şəhər sakini Akif Əliyev: "Biz qardaş Türkiyənin yanındayıq. Məsum insanların qətlə yetirilməsi ən böyük vəhşilikdir. Terrorla mübarizə aparmaq üçün hər cür önləmi almaq lazımdır. Biz qardaş ölkədə baş verən terroru lənətləyitik".

Şəhər sakini Yavər Mirzəliyev: "Mən ümumilikdə terorra qarşıyam. Bu hadisə nəinki, Türkiyədə dünyanın heç bir yerində yaşanmamalıdır. İnsanın başqa insanların həyatlarını bu şəkildə istismar edərək, sonlandırılması sadəcə dəhşətdir. İnsan insanın qatili olmamalıdır. Vicdanımızı, şəxsiyyətimizi, imanımızı, insanlığımız heç bir zaman pula satmamalıyıq".

Şəhər sakini Aybəniz Ağayeva: "Terroru törədən şəxslər mütləq öz cəzalarını almalıdırlar. Onlara elə bir dərs vermək lazımdır ki, bir də belə faciələrə yol verməsinlər. İnsan insanın canına necə qıya bilər. Heç bir insan pula görə öz ləyaqətini satmamalıdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə