Ajda Pekkan yeddi saat əməliyyat olundu

Ajda Pekkan yeddi saat əməliyyat olundu

Evində yıxılaraq çanaq sümüyü sınan Türkiyənin pop-starı Ajda Pekkanın əməliyyatı yeddi saat çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu haqda 76 yaşlı müğənninin meneceri Oğuz Arınmış məlumat verib. Onun sözlərinə görə, Pekkanın yıxılmasına səbəb təziqi olub: "Əməliyyat çox uğurlu keçdi. Vəziyyəti yaxşıdır. Bir müddət dincəldikdən sonra qismət olsa, səhnəyə qayıdacaq. Amma çanağındakı çat səbəbindən noyabr ayındakı konsertləri ləğv etmək məcburiyyətində qaldıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə