“Spiceworld“ albomunun yeni və genişləndirilmiş versiyası təqdim ediləcək

“The Spice Girls” qrupunun 1997-ci ildə çıxan “Spiceworld“ albomunun yeni və genişləndirilmiş versiyası təqdim ediləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, alboma orijinal kompozisiyalar, bonus treklər, həmçinin Virgin Records arxivindən yayımlanmamış canlı yazılar daxil ediləcək.

Layihənin rəqəmsal deluks versiyasına 1997/1998-ci illərdə Şimali Amerika, Avropa və Böyük Britaniya turundan bir sıra canlı mahnılar daxildir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə