Aktyor İbrahim Çingiz “Yuxu kimi” serialından ayrıldığını açıqlayıb.
SİA xəbər verir ki, ATV-də yayımlanan ekran işində Akşin obrazına həyat verən sənətçi gərgin iş rejimi və Akademik Rus Dram Teatrındakı fəaliyyətinin məhdudlaşması ilə bağlı bu addımı atdığını söyləyib.
O, yeni mövsümdən tamaşalarda oynayacağını, həmçinin serial və filmlərlə bağlı təklifləri dəyərləndirəcəyini bildirib.
Qeyd edək ki, Rövşən İsaxın ekranlaşdırdığı “Yuxu kimi” serialı 2019-cu ildən çəkilir. Layihədə İbrahimin həyat yoldaşı Aydan Axundzadə də yer alır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB