Survivor yarışçısı serial oyunçusu oldu

Survivor yarışçısı serial oyunçusu oldu

Türkiyədə məşhur Survivor yarışçılarının bir çoxu yarışlardan sonra yoxa çıxsa da, bəziləri yoluna davam edir. SİA xəbər verir ki, kimisi sosial mediada, kimisi səhnədə, kimisi idmanda gündəm olmaqda davam edir. Onlardan biri bu günlərdə hər kəsin ağzındadır. Survivorda 3 dəfə yarışan həmin ad indi serialda aktyor kimi görünəcək.

Uzun illər futbol oynayan və Türkiyənin ilk krossfit oyunçularından olan Yiğit Dikmen Survivor 2014 mövsümünün Könüllülər komandasında ilk dəfə yarışıb. Müsabiqədən sonra aktyorluq təhsili alan Yiğit Dikmen qısa müddət ərzində "Şehir Melekleri" adlı serialla setlərə addım atıb. Daha sonra “Hayat Möcüzələr Gecəsi” və “Şən Çal Kapımı” seriallarında rol alıb. Ən son "Seversin" serialında Selçuk obrazını Yiğit Dikmen canlandırıb. Yiğit Dikmen qış mövsümündə ekranların ən çox baxılan seriallarından olan "Üç Kız Kardeş"də rol alacaq. Dikmenin seriala hansı obrazla gələcəyi məlum deyil. Ancaq bu məşhur serialın Dikmenin karyerasında böyük bir addım olacağı şübhəsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə