Müğənni Abbas Bağırov son günlər sosial mediada trend halını alan “Toyota Prius”dan şikayət postlarına dəstək verib. SİA xəbər verir ki, o, bəzi taksi sürücülərinin yol hərəkəti qaydalarını ciddi şəkildə pozmasına münasibət bildirib.
Sənətçi bununla bağlı fikirlərini “İnstaqram” hesabında izləyiciləri ilə bölüşüb.
Sənətçi Bakı-Sumqayıt yolundakı “Toyota Prius” markalı avtomobilin dəhşətli qəza xəbərini paylaşaraq bu sözləri qeyd edib: “Bu “Prius” bəlası bitməyəcək. O vaxta qədər ki, bir çox modeldə olan taksi sürücülərinə qarşı ciddi tədbir görəcəklər. Biz xəbərlərdə gördüyümüzdür! Amma mənim başıma gələnləri də siz bilmirsiniz?! Mən tələsmirəm, sakit yolumu getmək istəsəm belə, bu taksilər harasa tələsir. Sərnişin və piyadaları təhlükə oduna amansızcasına atırlar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB