Qalkin “xarici agent” elan edildi

Parodiyaçı Maksim Qalkin fiziki şəxslərin - xarici agentlərin reyestrinə daxil edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ədliyyə Nazirliyinin məlumatı da sübut edir.

Belə ki, “siyasi fəaliyyətin həyata keçirilməsi” rubrikasında siyasi fəaliyyətin həyata keçirilməsi barədə məlumat verilir və xarici mənbə kimi Ukrayna göstərilir.

Təbii ki, gözlənilən idi...

Qeyd edək ki, Rusiyanın fevralın 24-dən keçirdiyi xüsusi əməliyyat başlayandan ölkədəki sənətçilər “pərən-pərən düşüblər” və bəziləri hətta xaricə getməyə başlayıblar. O cümlədən Maksim Qalkin də, həyat yoldaşı, müğənni Alla Puqaçova ilə birlikdə xaricə gedənlərdən idi.

Bu gün Kreml müğənninin “Rusiya ordusu ilə bağlı yalan ifadələrə” görə məhkum edildiyini qeyd edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə