“Qarabağ” - “Nant” oyunundan gözləntilər NƏLƏRDİR? - FUTBOLÇU ŞƏRH ETDİ

“Qarabağ” - “Nant” oyunundan gözləntilər NƏLƏRDİR? - FUTBOLÇU ŞƏRH ETDİ

““Qarabağ” - “Nant” oyununun çətin keçəcəyini düşünürəm. “Nant” komandası çox güclü bir komandadır”. Bu fikirləri SİA-ya açıqlamasında “Kəpəz” klubunun futbolçusu Tural Rzayev bildirib.

Futbolçunun sözlərinə görə, “Nant” komandası uzun illər avro kuboklarda iştirak etməsə də, böyük beşlik çempionatında oynayan komandadır: ““Qarabağ” komandasının müdafiəsində boşluqlar olduğu üçün oyunun çətin keçəcəyini gözləyirəm. Lakin oyuna ev sahibliyi etməyimiz “Qarabağ” komandasına əlavə üstünlük verəcək. Bildiyiniz kimi bundan əvvəl keçirilən birinci oyunda “Qarabağ” çox yaxşı oyun nümayiş etdirdi. İlk 15 dəqiqəni nəzərə almasaq oyunun ümumi nəzarəti “Qarabağ”-ın üzərində idi. İlk dəqiqələrdə rəqib komanda aqressiv şəkildə oyuna başlasa da, hesab heç-heçə ilə də nəticələnə bilərdi. Oyunda hakim haqsızlığı da oldu. “Qarabağ” Avropada keçirilən oyunlarda artıq hakim haqsızlığına öyrəşib. Ümid edirəm ki, “Qarabağ” sabahki oyunda ən az 1 xal belə götürər. Bu oyunda onun qrupda ilk qələbəsinə çevrilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə