Sosial media paylaşımları ilə diqqət çəkən Ebru Şallı bir müddət əvvəl oğlu Beren Tanla tətil pozalarını paylaşıb. Ebru Şallının oğlu Beren Tan sosial mediada diqqət mərkəzinə düşüb. SİA xəbər verir ki, türkiyəli keçmiş model Ebru Şallının Harun Tanla evliliyindən dünyaya gələn 9 yaşlı oğlu Pars 2020-ci ilin aprelində limfoma xəstəliyindən dünyasını dəyişib. Oğlu Parsı itirən Ebru Şallı az qala pərişan olmuşdu. 9 yaşlı Parsın üzərində “Ponçik, sən həmişə mənimləsən” yazısı olan məzar daşı ürək ağrıdıb.
Ebru Şallı, 2019-cu ilin may ayında verdiyi müsahibədə, "Parsı zəiflik və sümük ağrısı səbəbilə həkimə apardıq. Müalicə prosesi müayinələrdən dərhal sonra başladı. Son bir ildir ailə olaraq xəstəliklə mübarizə apardıq".
Övlad kədəri yaşayan və çətin anlar yaşayan keçmiş model Ebru Şallı böyük oğlu Beren Tanla təsəlli tapıb. Şal böyük oğlu Beren Tanı bərk-bərk qucaqladı. Çətin anlar yaşayan Ebru Şallı həyatına qaldığı yerdən davam etməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB