"Alparslan Böyük Səlcuqlu" serialı ikinci mövsümə böyük itki ilə girir
Türkiyədə "Alparslan Böyük Səlcuqlu" serialı ikinci mövsümə böyük itki ilə girir. SİA xəbər verir ki, serialda Akça Hatun obrazını canlandıran və qadın baş rolu ifa edən Fahriye Evcen ikinci sezonda olmayacaq. Yayın ortasında serialdan ayrılacağı dəqiqləşən Fahriye Evcenin ikinci övladına hamilə olduğu məlum olub.
Fahriye Evcenin yaratdığı boşluğu çox gənc aktrisa dolduracaq. Serialda hekayəsi ilə diqqət çəkəcək Seferiye Hatuna Kayra Zabcı həyat verəcək. 2006-cı ildən setlərdə olan və bir çox prodakşnlarda oynayan Zabcı 2001-ci ildə anadan olub. 5 yaşından aktyorluğa başlayan Kayra Zabcı "Gülperi" serialı ilə diqqət çəkib. Daha sonra "Doğulduğun" serialda Yasəmin obrazında izlədiyimiz aktrisa son olaraq Netflix-in "Zeytun ağacı" serialında rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB