Deyəsən, bu camaatın, almanları deyirəm ey, işi-gücü qurtarıb...
Belə ki, o gün Almaniyanın Köln şəhərinin 50-yə yaxın sakini opera müğənnisi Anna Netrebkonun yerli Filarmoniyada çıxışına etiraz olaraq “bunt” qaldırıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yazını “Kölner Stadt-Anzeiger” nəşri yayımlayıb.
Belə ki,“buntcıların” əllərinə aldıqları plakatlarında müğənnini təbliğatda ittiham edən və artisti alqışlardan məhrum etməyə çağıran yazılar olub. Özü də, əksəriyyəti rus dilində.
Amma, deyim ki, “gözügötürməzlik” elə həmən o, Köln şəhərinin 50-yə yaxın sakininə qalıb. Çünki, nəşrin qeyd etdiyi kimi, müğənnini Filarmoniyanın içərisində sürəkli alqışlarla qarşılayıblar.
Yaxşı, görən, Anna Netrebko barədə bu haqsızlıq nədən qaynaqlanır? Məsələ bundadır ki, son altı ayda dünyanın bir sıra teatr kollektivləri Anna Netrebkonun Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərinə qarşı çıxmağı “lazım bilmədiyi üçün” onunla müqavilələrə xitam verməyə başlayıblar. Qeyd edək ki, bu barədə Nyu-York Metropoliten Operası və Bavariya Dövlət Operası məlumat yayıb.
...Və hətta iyulun 11-də opera müqənnisinin Almaniyanın Ştutqart şəhərində keçirəcəyi solo konsertinə də icazə verilməyib.
...Sizcə bu gəlinimiz...üzr istəyirəm, Anna barədə “haqsizlıq” deyilmi?
Yeri gəldi deyə qeyd edım ki, Anna Netrebko azərbaycanlı opera müğənnisi Yusif Eyvazovun həyat yoldaşıdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB