...Həyat yoldaşı Alla Puqaçovanın Varşavada səhnəyə Ukrayna bayrağının rənglərində geyinərək çıxması müğənni İqor Naciyevin qəzəbinə səbəb olub. Müğənni İqor Naciyev Polşanın paytaxtı Varşavada şoumen Maksim Qalkini təxribat xarakterli çıxışına görə sərt şəkildə tənqid edib. SİA bunu əldə etdiyi bəzi qaynaqlara istinadən yazır.
Onun fikrincə, Ukrayna bayrağının rənglərinə bürünmüş komediya aktyorunun görünüşü axmaq görünür və sovet ordusunda zabit olan atasının adına ləkə gətirir. Sənətçi son aylar Qalkinin gülünc səviyyəyə endiyini bildirib.
Maraqlıdır ki, Naciyev çətin illərdə vətəninə dəstək olan keçmiş yerli mədəniyyət xadimlərini Maksim üçün misal çəkib. Məsələn, Böyük Vətən Müharibəsi illərində SSRİ-yə qayıtmağı seçən Aleksandr Vertinski...
Belə ki, o müharibə başlanarkən Vyaçeslav Molotova məktub yazaraq xalqına dəstək olmaq üçün vətənindən uzaqlaşmaq istəmədiyini, geriyə dönmək istədiyini bildirmişdi.
Naciyevin dediyinə görə, Vertinski sonradan konsertlərinin birində tamaşaçıların qarşısında diz çökərək, "məni bağışla, Vətən!"-deyə bildirmişdi.
Yenə də maraqlıdır, görən, bəlkə nə vaxtsa başqa bir reallıqda Maksim bu sözləri söyləmək fikrinə düşəcəkmi?.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB