... Rus saytları bunu lap bizdə olan... “it əl çəkər, motal əl çəkməz”ə döndəriblər. Adama...erməniyə deyən gərək, sənə nə?

Deməli, Qalkin və həyat yoldaşı Alla Puqaçova bir neçə həftədir ki, Latviyadadırlar. Əvvəlcə Primadonna uşaqlarla Yurmalaya gedib, sonra əri də ona qoşulub. İndi Qalkin xaricdə tamaşalar aparır. Bundan əvvəl ulduz cütlük bir neçə ay İsraildə yaşayıb.

...Elə burada da...deyən gərək, sizə nə? Dünənə qədər Rusiyada yaşayıblar və bu ölkədə gördüklərini görüblər,.. indi daha yaşamaq istəmirlər. Amma kimə deyirsən?

...Hələ o gün, erməni jurnalist Mixail Şahnəzərov özünü rusların yanında “şirin” salmaq üçün “Telegram” kanalında yumorist Maksim Qalkinin Latviyada keçirilən konsert zalında baş verən xırda bir insidenti “Qalkinin konsertində dava” adı altnda dərc edib.

Özü də elə erməni xisləti ilə, “...Qalkinin konsertində dava. Baxmağı məsləhət görürəm”, - deyə yazıb.

Təbii ki, heç kim onunla yaşana bilən hər hansı bir insidentdən sığortalanmayıb.

Amma Riqada doğulub boya başa çatan erməni Şahnəzərovun Qalkinin konsertində yaşanan müsbət halların üstündən ötərək, məhz xırda bir insidenti qabardaraq çəkib “Telegram” kanalında yerləşdirməsi, təbii ki, onun... nə qədər olmasa da, erməni xislət sahibi olduğunu ortaya qoyub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...