Laima Vaykule konsertdə Ukrayna bayrağını qaldırıb

Laima Vaykule konsertdə Ukrayna bayrağını qaldırıb

Latviyalı müğənni Laima Vaykule kurort şəhəri olan Palanqada verdiyi konsertdə Ukrayna bayrağı ilə səhnəyə çıxıb.

Maraqlıdır ki, rus saytları bunu “Vaykulenin siyasət və mövqeyinin aydın olduğunu bildirir” yazıblar. SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, tamaşaçılar konserti kameraya çəkiblər və kadrlardan biri Vaykulenin Ukrayna bayrağı ilə səhnəyə çıxdığını əks etdirir.

“Başqa necə? Mən Latviya vətəndaşıyam, bizim siyasətimiz, mövqeyimiz aydındır. Heç nəyə şərh vermək istəməsəydim, susardım” deyən müğənniyə ünvanlanan “Yenidən Rusiyada çıxış etməyi düşünürsünüz?” sualına o “Hələ yox. Bunun emosional olaraq necə baş verə biləcəyini belə bilmirəm” cavabını verib.

Maraqlıdır ki, müğənni ruslara da latviyalılar kimi yanaşdığını, Latviya ilə Rusiya arasında münasibətlərin dostluqdan da artıq olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə