Məşhur müğənni Azərbaycana təşəkkür edib

Məşhur müğənni Azərbaycana təşəkkür edib

Türkiyəli məşhur müğənni Hadisə aylar sonra ilk dəfə müsahibə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sənətçi reper Murda ilə ötən həftələrdə çıxardığı “İmdat” mahnısı barədə danışarkən Azərbaycana təşəkkür edib.

“Mahnını tənqid edən də olar, sevən də, sevməyən də. Amma uğuru ortadadır. Mahnı sevilməsə, ilk sıralara çıxmaz. Buradan qardaş ölkəmizə - Azərbaycana salamlar. Çünki hələ də orda trendlərdə bir nömrədəyik. Çox çalışdıq, vaxt və əmək sərf etmişik”, - deyə, Hadisə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə