Müğənni yenidən xəyanətə uğradı

Müğənni yenidən xəyanətə uğradı

Türkiyəli müğənni İrem Dericinin sevgilisi Cem Belevi ona azərbaycanlı xanımla xəyanət edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cem Belevi bir vaxtlar "İşte benim stilim" proqramında iştirak edən Nərgiz Nəsurullayeva ilə eşq yaşayır.

Qeyd edək ki, aldatılma barədə məlumatlar yayıldıqdan sonra məşhur türkiyəli müğənni İrem Derici "instaqram" səhifəsində paylaşım edərək, "sənə səfil həyatında uğurlar arzulayıram" sözlərini yazıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə