Türkiyəli məşhur müğənni Sinan Akçıl aktrisa həyat yoldaşı Burcu Kıratlı ilə boşanmalarının səbəbini açıqlayıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, məkandan çıxarkən görüntülənən müğənni, jurnalistlərin “uşaq arzuladığınıza görə boşanmaq istədiyinizlə bağlı xəbərlər yayılıb” sözlərinə belə cavab verib: “Uşağımın olmasını istəyirəm. Ata olmaq arzusundayam”.
Yeni quş döyməsi etdirən Akçıl boşanmaq ərəfəsində olduğu həyat yoldaşı aktrisa Burcu Kıratlının baş hərfini də sildirmədiyini bildirib.
Qeyd edək ki, cütlük ötən ilin fevral ayında ikinci dəfə evlənib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB